Bakıda buz meydançası yaradılıb. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışı baş tutub. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak ediblər.
Burada hokkey idman növünün inkişafı üçün tələb olunan imkanlar da mövcuddur.
[caption id="attachment_102184" align="alignnone" width="640"]
Foto Report.az[/caption]