Bakının "Sərhədçi" İdman Mərkəzində avqustun 12-də cüdo həvəskarlar üçün ustad dərsi təşkil olunacaq. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Azərbaycan Cüdo Federasiyasına istinadən məlumat verir.
Təlim federasiya tərəfindən Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutacaq.
Təlimdə 6 yaşdan yuxarı hər kəs sərbəst iştirak edə bilər. Ustad dərsi saat 11:00-da başlayır, iştirakçıların 10:30-da tədbirin keçiriləcəyi məkanda olmaqları vacibdir.