6-7 noyabr tarixlərində fudokan üzrə açıq Bakı çempionatı və birinciliyi keçiriləcək. Turnir "Sərhədçi" Olimpiya İdman Mərkəzində uşaq, yeniyetmə və gənc fudokançıların iştirakı ilə baş tutacaq. Bu haqda Azərtac xəbər verib.
Yarış Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Zəfər gününə həsr olunmuş turnirdə Bakı, Sumqayıt, Gəncə və digər rayon, şəhərlərdən idmançıların iştirakı planlaşdırılıb.