Bakıda parapauerliftinq üzrə Dünya çempionatı keçiriləcək. Bu haqda Report məlumat verib.
Bakıda 1-10 oktyabrda Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə görmə məhdudiyyətli şəxslər arasında "2022 IBSA World Powerlifting and Bench Press Championship" yarışı baş tutacaq. Yarışda 25-dən artıq ölkə iştirak edəcək.
Bundan əlavə, Bakıda 7-9 noyabrda görmə məhdudiyyətli idmançıların iştirakı ilə paracüdo idman növü üzrə dünya çempionatı keçiriləcək.