Bakıda idman gimnastikası üzrə beynəlxalq turnirə start verilib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İdman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri başlayıb. Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstan komandalarını təmsil edən 88 idmançı qüvvəsini sınayır.
Azərbaycanı böyüklər, gənclər və yeniyetmələr arasında ümumilikdə 22 idmançı təmsil edir.
Turnir 17 mart tarixinə qədər davam edəcək.