Bu gün Bakıda keçirilən Böyük Dəbilqə turniri davam edir. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Çempionatın 2-ci günündə cüdoçumuz Hidayət Heydərov final görüşündə Moldova təmsilçisi Petru Pelivana qalib gəlib. 81 kq. çəkidə isə Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşvilini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün ümumilikdə 10 idmançımız medal uğrunda mübarizə aparıb.