Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində noyabrın 2 və 3-də kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Cüdo Federasiyasına istinadən xəbər verir.
Yarışda Bakının 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 228 cüdoçu 14 çəki dərəcəsində mübarizə aparacaq. Turnirdə ən yaxşı nəticə göstərən idmançılar 15-18 dekabrda baş tutacaq Azərbaycan çempionatına vəsiqə qazanacaqlar.
Tədbir Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək. Giriş sərbəst olacaq.