Dekabrın 28-də Bakı İdman Sarayında parataekvondo üzrə ölkə çempionatı keçiriləcək. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir.
Bununla bağlı çəki və mandat komissiyasının işi baş tutacaq. Parataekvondo üzrə ölkə çempionatına qatılmaq istəyən komandalar dekabrın 27-si saat 14:00-15:00 arası Bakı İdman Sarayına sifariş blanklarının əslini özləri ilə gətirməlidirlər.