Paytaxtda atletika üzrə qızlar arasında Bakı beynəlxalq yarışı keçiriləcək. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş yarışda uğur qazananlar Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ala biləcəklər.
Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Rusiya Federasiyası) atletlər mübarizə aparacaqlar.
Turnir 2-3 fevral tarixlərində Olimpiya Mərkəzində baş tutacaq.