Bakıda İspaniyanın “Antiguoko” Futbol Akademiyasının filialının açılış mərasimi keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 25 may tarixində xəbər verir.
Akademiyanın Azərbaycan filialında məşqlərə UEFA-nın A lisenziyalı mütəxəssisi Zamin Əsədullayev rəhbərlik edəcək.
O bildirib ki, akademiyanın açılmasında əsas məqsəd burada yetişəcək istedadlı futbolçuların gələcəkdə İspaniya La Liqasında iştirak etməsidir.
Tədbirdə iştirak edən və 2019-cu ilədək "Barselona"nın vitse-prezidenti vəzifəsində çalışan Emili Rouso Pares isə deyib ki, burada belə bir akademiyanın açılması Azərbaycan üçün böyük xoşbəxtlikdir.
Tədbirin sonunda üzərində Antiguoko Futbol Akademiyasının loqosu olan tort kəsilib.
Akademiyanın Bakıdakı filialı Binəqədi rayonu ərazisində fəaliyyət göstərəcək.
[caption id="attachment_45814" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]