Oktyabrın 22-də Olimpiya Velosiped Məktəbi velosiped idmanının trek növü üzrə Respublika Açıq Birinciliyi keçirilir. Bu haqda bu gün, 21 oktyabrda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Yarış bütün yaş kateqoriyaları üzrə nəzərə tutulub, idmançılar fərdi və qrup şəklində iştirak edə bilərlər.
Tədbir saat 15:00-da Respublika Velotrekində baş tutacaq.
Yarışa həm peşəkarlar, həm də velosiped həvəskarları qatıla bilər.