Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaycan Kuboku keçiriləcək. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Çoxnövçülük üzrə ölkə kubokunda 120-yə yaxın idmançının mübarizə aparacağı gözlənilir. Bütün iştirakçılar sprint və stayl məsafələrində müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparacaqlar. Kubok uğrunda yarışın qalibləri və mükafatçıları medal və diplomlarla təltif olunacaqlar.
Turnirdə hesabında 200 xal olan idmançılar iştirak edəcəklər. Yarış 16-19 noyabr tarixləri arası baş tutacaq.