Bakıda hava şəraitinə görə məktəblilər arasında keçiriləcək “Zəfər Kuboku” adlı turnir taxirə salınıb. Bu haqda bu gün, 25 may tarixində Report məlumat verib.
2009-2010 və 2011-2012-ci il təvəllüdlü Suraxanı məktəblilərinin qatılacağı turnir hava şəraiti ilə əlaqədar baş tutmayacaq.
İdman tədbiri "Qarabağ" klubu, Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər İdman Baş idarəsinin, eləcə də Suraxanı rayon Gənclər İdman İdarəsi tərəfindən təşkil olunur.
Yarış “Azərsun Arena”da keçirilməli idi.