Bakıda badminton üzrə turnir baş tutacaq. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir.
8-11 fevral tarixlərində Bakı İdman Sarayında “Azerbaijan International 2024” adlı idman turniri keçiriləcək. Yarışda Paris Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparılacaq.
Turnir saat 09:00-20:00 arası keçiriləcək. Giriş ödənişsizidr.