Bakı klubunun baş məşqçisi cəzalandırılıb. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Azərbaycan Futbol Federasiyasına istinadən xəbər verir.
Futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq İbrahimov 17-ci turda PFL ilə görüşdə hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə almışdır. O, meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq, təhqiredici ifadələr işlədib.
AFFA İntizam Komitəsi məşqçini 5 oyunluq diskvalifikasiya edib.