“Səbail” futbol klubu sıralarına yeni futbolçu qatıb. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı klubu 30 yaşlı macarıstanlı yarımmüdafiəçi Matiya Lyuyiç ilə müqavilə imzalayıb. Razılığa əsasən, futbolçu cari mövsümün sonuna qədər “Səbail” FK-nın rənglərini təmsil edəcək. Əgər oyunçunun çıxışı qənaətbəxş olsa, əməkdaşlıq daha 1 il müddətinə uzadılacaq.
Matiya Lyuyiç daha öncə Litva, Portuqaliya, Avstraliya, Cənuibi Koreya və İsrail kimi ölkələrin klublarında çıxış edib.