Bakılı idmançı Ruslan Lunyov III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə sürətli atəşaçmada qüvvəsini sınayıb. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Polşada keçirilən yarışda ikiqat Avropa çempionu Ruslan Lunyov təsnifat mərhələsinin birinci günündə 6-cı yeri tutub. Snayper 300 mümkün xaldan 292-sini toplayıb.
Qeyd edək ki, Ruslan Lunyov iyunun 30-da təsnifat mərhələsinin ikinci günündə çıxış edəcək.