Bakılı idmançı ilin idmançısı seçilib. Bu haqda Azərtac xəbər verib.
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və İdman Mətbuatı üzrə Avropa İttifaqının üzvü və Azərbaycanda rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 25 yaşının tamam olduğu yubileyi ilində müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.
Azərbaycan Gimnastika Federasiyasının təmsilçisi, Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Azərbaycanı gimnastika tarixində Tokio Olimpiya Oyunlarında təmsil etmiş ilk azərbaycanlı gimnast Zöhrə Ağamirova ilin idmançısı adına layiq görülüb.