AFFA Bakı klublarını cərimələyib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən “Neftçi” - “Səbail” qarşılaşmasının hər 2 tərəfi cərimələnib.
"Ağ-qaralar"ın azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəbindən klub 4000 AZN məbləğində cərimələnib. Həmçinin meydançanın vaxtında sulanmamasına görə "Neftçi"yə xəbərdarlıq edilib.
“Səbail”in isə 4 oyunçusu görüşdə sarı vərəqə aldıqlarına görə klub 400 AZN məbləğində cərimələnib.