Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə futbol üzrə nümunəvi çıxışlar keçiriləcək. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az rəsmi quruma istinadən məlumat verir.
“Futbol hamı üçün" şüarı altında çıxışlar balaca futbolçular üçün nəzərdə tutulub. Tədbirdə peşəkar məşqçilər Mehdi Vahidov və Zaur Babayev iştirak edəcəklər.
Tədbir 3 avqust tarixində saat 17:00-da baş tutacaq.