“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə yarımfinal oyunları keçiriləcək. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsində “Sabah” və “Xırdalan” klubları görüşəcək. Oyun saat 19:30-da baş tutacaq. İkinci görüş isə mayın 10-da olacaq. Hər iki matç bərabərliklə bitərsə, üçüncü duel mayın 13-də keçiriləcək.
Qeyd edək ki, bu raundun digər cütlüyü “NTD-İndigo” və “Xəzri” mayın 8-də qarşılaşacaq.