Şahmat üzrə Dünya Kuboku günlərində Azərbaycanda bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Azərbaycan Şahmat Federasiyası və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Fair Play (Ədalətli Oyun) Komissiyası Bakıda beynəlxalq seminar təşkil edəcək.
İyulun 31-nə planlaşdırılan tədbirdə iştirakçılar müsabiqənin nəzəri və praktiki məsələlərini müzakirə edəcəklər. Seminarda FİDE-nin Fair Play Komissiyasının sədri Yuri Qarret də çıxış edəcək.
Dünya çempionatı iyulun 29-dan avqustun 26-dək Bakıda keçiriləcək. İlk üç yeri tutan şahmatçılar “İddiaçılar Turniri”nə vəsiqə qazanacaqlar.