Azərbaycanda “Birlikdə üzək” şüarı altında yarışlara start verilib. Bu haqda bu gün, 24 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
Yarışlar ölkə üzrə 30 idman kompleksində eyni vaxtda keçirilir və dekabrın 26-dək davam edəcək.
Bakının Su İdman Sarayında rəsmi açılış mərasimi keçirilib, gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Bu gün çıxış edən idmançılar nazirlik rəhbərliyi tərəfindən medal və diplomla təltif olunublar.
Bütün ölkə üzrə yarışlara eyni vaxtda start verilib. Su İdmanı Sarayında xüsusi quraşdırılan monitorlarda ölkənin digər idman komplekslərində keçirilən turnirləri izləmək mümkündür.
[URIS id=84521]