Bakıda cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Cüdo Federasiyasına istinadən xəbər verir.
Azərbaycan çempionatı qadınlar və kişilər arasında baş tutacaq. Mübarizə 14 çəki dərəcəsində aparılacaq. Yarışda ölkənin müxtəlif regionlarından, eləcə də Sumqayıt və Bakı şəhərlərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatları iştirak edəcək. Ümumilikdə 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarış 15-17 dekabr tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq. Giriş sərbəstdir.