Bakıda cari həftə keçiriləcək idman tədbirlərinin cədvəli açıqlanıb. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
12-18 fevral tarixləri arasında Bakı üzrə İdman afişası aşağıdakı kimidir:
- Şahmat üzrə qadınlar arasında ölkə çempionatı - 10–20 fevral;
- Sambo üzrə kişilər, gənclər, yeniyetmələr, kadetlər arasında ölkə çempionatı və birinciliyi - 15-19 fevral;
- Atletika üzrə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi - 16-17 fevral;
- Dövlət qurumları arasında bilyard turniri - 17-18 fevral.