“Dədə Qorqud” parkında idman tədbiri keçiriləcək. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən ərazidə “İdman hamı üçün” layihəsi çərçivəsində aykido təlimləri təşkil olunacaq. Burada döyüş sənəti haqda məlumat veriləcək və praktiki dərslər keçiriləcək.
İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında tədbirdə sərbəst iştirak edə bilərlər.
Tədbir 15 iyul saat 18:00-19:00 arası keçiriləcək.