Bakının Nərimanov rayonunda yerləşən Dədə Qorqud parkında avqustun 12-də gimnastika üzrə ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
“Gimnastika hamı üçün” tədbiri “İdman hamı üçün” layihəsi çərçivəsində keçiriləcək. Burada müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim ediləcək, isinmə, gimnastika, rəqs hərəkətləri yerinə yetiriləcək.
İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında tədbirdə sərbəst iştirak edə bilərlər. Təlim saat 18:00-dan 19:00-dək davam edəcək.