Bakıda mas-reslinq üzrə təlim baş tutacaq. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
İdman tədbiri oktyabrın 14-də saat 17:00-dan 18:00-dək “Dədə Qorqud” parkında “İdman hamı üçün” layihəsi çərçivəsində keçiriləcək.
Tədbirdə iştirak ödənişsizdir.
Mas-reslinq yakut xalqının ənənəvi milli idman növüdür.