“Dəniz Mall” Ticarət Mərkəzində kapoeyra performansı nümayiş olunacaq. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az ticarət mərkəzinə istinadən xəbər verir.
Kapoeyra milli yığması ilə yanaşı xarici kapoeyra ustaları – Paulao Seara, Petti, Emakao öz məharətlərini göstərəcəklər. Tədbir Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.
Performans 22 aprel saat 17:00-da başlayacaq.