Tarixin ən yaxşı futbol hakimi Bakıya gəlib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
İtaliyalı sabiq referi, FIFA-nın hakimlər komitəsinin sədri Pyerluici Kollina Azərbaycana gəlib. Onun səfərinin səbəbi hələlik məlum deyil.
Pyerluici Kollina Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, tarixin ən yaxşı hakimidir. O, işinə xüsusi yanaşma və düzgünlüyü ilə seçilib.