Dövlət qurumları arasında üzgüçülük turniri başlayıb. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Su İdmanı Sarayında keçirilən yarışda 21 qurumdan 72 idmançı iştirak edir. Açılış tədbirində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və bir sıra qurumların rəsmi şəxsləri iştirak ediblər.
Sonda üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov qaydalar haqqında məlumat verib və ilk yarışlar start götürüb.
[caption id="attachment_129324" align="alignnone" width="640"]
Foto Report.az[/caption]