Bakıda keçiriləcək dünya kubokuna gələcək komandaların sayı açıqlanıb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir.
İdman gimnastikası üzrə Dünya Kubokunda 70 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Bura Azərbaycan millisi də daxildir.
Turnir 7-10 mart tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.