Bakı bulvarı ərazisində yerləşən EGP arenasında iyunun 16-da “AirBadminton” turniri keçirilib. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az Azərbaycan Badminton Federasiyasına istinadən məlumat verir.
İdman tədbiri Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunub. Yarışda 8 komanda qarışıq qoşa yarışlarda üz-üzə gəlib.
Turnir Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Badminton Federasiyası və Su İdman Sarayı tərəfindən təşkil olunub. Mükafatçılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.
[caption id="attachment_141218" align="alignnone" width="640"]
Azərbaycan Badminton Federasiyasının rəsmi səhifəsi[/caption]