Azərbaycanı və Belarusu təmsil edən kikboksçu Bakıya gəlib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion, 30 yaşlı Çingiz Əlləzov təmsilçisi olduğu "Best of the best" promouşn qrupunun dəvəti ilə Vətənə gəlib.
Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər və media nümayəndələri qarşılayıblar.
Çingiz Əlləzov son olaraq “ONE Fight Night 13” turnirində ermənistanlı Marat Qriqoryanı məğlub edib.