“Qarabağ” və “Neftçi” komandalarının yeni mövsümdəki qarşılaşmalarının tarixləri açıqlanıb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Pemyer Liqaya istinadən xəbər verir.
Belə ki, ölkənin ən yaxşı 2 komandası arasında ilk görüş 6-8 oktyabr tarixlərində baş tutacaq. 2-ci matç isə 15-17 dekabr tarixlərində gerçəkləşəcək. 3-cü və sonuncu görüşlər müvafiq olaraq, 1-3 mart və 3-5 may tarixlərində keçiriləcək.
Qarşılaşmalar Azərbaycan Premyer Liqası çərçivəsində keçiriləcək.