Bakı İdman Sarayında baş tutacaq futzal oyunları təxirə salınıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Azərbaycan Futzal Federasiyasına istinadən məlumat verir.
Yüksək, Birinci və İkinci liqaların oyunlarının məkanı dəyişdirilərək "Olimpik Star"da keçiriləcək.
Bu turnirlərdə Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.