İdman Sağlamlıq Mərkəzində yeniyetmələrin Bakı şəhər birinciliyi keçiriləcək. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az xəbər verir.
Turnir Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 29-31 mart tarixləri aralığında baş tutacaq. Yarışda 15 yaşa qədər yeniyetmələr iştirak edəcəklər.
İdman tədbirində 800-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.