Bakıda oxatma çempionatına start verilib.
Bakuplus.az Azərtac-a istinadən xəbər verir ki, kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
Tədbir Avropa Oyunları Parkında (Dənizkənarı Milli Park) təşkil olunub. Mərasimda Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev çıxış ediblər.
Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə aparır.
16 yaşına qədər yeniyetmələr (30 m məsafə), 16-18 yaşlı gənclər (60 m məsafə) və böyüklər (70 m məsafə) olmaqla üç kateqoriya üzrə bacarıqlarını göstərirlər.
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına 25 avqust tarixində yekun vurulacaq.