Kişi həndbolçular arasında Azərbaycan çempionatında XIII turun oyunları keçirilib. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Turun nəticələri aşağıdakı kimidir:
- "Qarabağ" – "Dinamo" 47:30;
- “Bakı” – “İdman Akademiyası” 20:12;
- "Azəryol" – “Təhsil” 48:30.
Çempionatın lideri 19 xalla “Kür” komandasıdır. "Bakı" 18 xalla 2-ci, “Azəryol” isə 16 xalla 3-cüdür. "Qarabağ" 15 xalla 4-cü yerdədir, “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”in isə 2 xalı var.