Bakıda kikboksinq üzrə turnir keçirilir. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Bakı Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə baş tutan turnir Hövsan Olimpiya İdman Kompleksində təşkil olunur. Yarış 14 aprel tarixinə qədər davam edəcək. Bakı şəhər birinciliyi yeniyetmələr və kadetlər arasında keçirilir.