Konqres Mərkəzinin qarşısında açıq havada gimnastika məşğələsi keçiriləcək. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
"İdman hamı üçün" layihəsi çərçivəsində keçiriləcək “Gimnastika hamı üçündür” tədbirində musiqili çıxışlar nümayiş olunacaq. Həmçinin istənilən yaşda olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirə və fləş-mobda iştirak edə biləcəklər.
Tədbir 3 iyun saat 10:00-da baş tutacaq. Giriş sərbəstdir.