“Qarabağ”ın oyununu məşhur ingilis hakim idarə edəcək. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az UEFA-ya istinadən xəbər verir.
Avropa Liqasının 1/8 finalında keçiriləcək “Bayer” – “Qarabağ” cavab qarşılaşmasını məşhur hakim Entoni Teylor idarə edəcək.
Ona həmyerliləri Qari Besuik və Adam Nann köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Endrü Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Cillett (Avstraliya) olacaqlar.
Oyun 14 mart tarixində Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq. Bakıdakı oyun 2:2 hesabı ilə yekunlaşmışdı.