Bakılı döyüşçü Zaur Hacıbabayev gümüş kəmər uğrunda mübarizə aparacaq. Bu haqda 1 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Sentyabrın 2-də azərbaycanlı döyüşçü, 33 yaşlı Zaur Hacıbabayev növbəti, 17-ci döyüşünü Moskvada keçirəcək. Hacıbabayev MMA seriyasında iranlı döyüşçü Məsud Səfəri ilə üz-üzə gələcək.
Zaur Hacıbabayev karyerası ərzində ümumilikdə 16 döyüş keçirib. 12 dəfə qələbə qazanan, 1 dəfə isə heç-heçə edən idmançı 3 döyüşü məğlub başa vurub. O, həmçinin ikiqat dünya çempionudur (Minsk 2014, Praqa 2015).