“Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirəcək. Bu barədə BakuPlus.az Report-a istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
"Ağ-qaralar" Türkiyə təmsilçisi "Fənərbağça" ilə "Smena" stadionunda üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Adrian Mutunun baş məşqçi olduğu komandamız ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.
"Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartakı" ilə görüşəcək.