AFFA Bakı klubunu cərimələyib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Premyer Liqanın XVI turu çərçivəsində keçirilən oyunda “Neftçi” PFK qayda pozuntularına yol verib.
“Neftçi” - “Turan Tovuz” görüşündə hesab tablosu işləməyib. Bu üzdən “ağ-qaralar” xəbərdarlıq alıblar. Matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə “Neftçi”nin 800 AZN cərimələnməsinə səbəb olub.