“Neftçi” PFK öz sıralarına yeni futbolçu əlavə edib. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Azərbaycan millisinin Xorvatiya əsilli oyunçusu Filip Ozobiç Bakı təmsilçisi ilə 2 illilk müqavilə bağlayıb. 32 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 10 nömrəli formanı geyinəcək.
F.Ozobiç son 5 il “Qarabağ”ın rənglərini qoruyurdu. O, 96 oyunda 35 qol vurub.