“Neftçi” PFK loqosunu dəyişib. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Klubun yeni loqosu ənənəvi ağ-qara fonda hazırlanıb və ilk emblemin konturlarından, klubun adının baş hərfindən və neft buruqlarından istifadə olunub. Loqonun yuxarı hissəsində ulduz işarəsi yerləşdirilib, aşağısında isə klubun yarandığı tarix yazılıb.