“Neftçi” klubu məğlub olub. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tur çərçivəsində keçirilən “Neftçi” - “Sabah” oyunu qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi Arena"dakı qarşılaşmanın 90+4-cü dəqiqəsində “Neftçi”dən Yuri Matias 2-ci sarı vərəqə alaraq meydandan qovulub. 1 dəqiqə sonra "Sabah"ın oyunçusu Boyan Letiç qələbə qolunun müəllifi olub.
Hazırda "ağ-qaralar" 15 xalla beşinci pillədə, “Sabah” klubu isə 13 xalla 8-ci yerdədir.