Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsinə keçiriləcək “Neftçi” - “Jelezniçar” matçı üçün bütün biletlər satılıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az İticket.az saytına istinadən məlumat verir.
Komandalar sabah saat 21:00-da 8-ci km stadionunda mübarizə aparacaqlar. Əlavə biletlər yalnız 1A sektoru üçün oyun günü saat 10:00-dan etibarən görüşün baş tutacağı 8-ci km stadionunun kassalarında satışda olacaq. Biletin qiyməti 3 manat təşkil edir.
“Neftçilər”in Bosniya və Herseqovina təmsilçisi ilə səfərdə keçirdikləri qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.