“Neftçi” komandasında dəyişikliklər olub. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az klubun mətbuat kidmətinə istinadən xəbər verir.
35 yaşlı Aqil Məmmədovun və 30 yaşlı Ataa Caberin müqavilələri iyunun 30-da başa çatır.
Qapıçı kimi çıxış edən Məmmədov klubun heyətində 112 oyun keçirib. O, 2015/2016 mövsümündə və 2018-2024-cü illər ərzində “ağ-qaralar”ın formasını geyinib.
Yarımmüdafiəçi isə 2022-ci ildə Bakı klubuna transfer olunub və meydana çıxdığı 58 oyunda 9 qola imza atıb.